

Kolombo Liman Şəhəri” layihəsinin ilk mərhələsinin inşası başa ça
Çinin Şri Lankada həyata keçirdiyi “Kolombo Liman Şəhəri” layihəsinin ilk mərhələsinin inşası başa çatıb. Layihə 269 hektar sahəni əhatə edir. Şri Lankanın İqtisadiyyat naziri Patali Çampika Ranaşaka “Kolombo Liman Şəhəri”ni texnoloji möcüzə adlandırıb. Bildirib ki, bu, ölkədə həyata keçirilən ən möhtəşəm layihədir. Çin səfiri Çeng Xueyuan isə “Kolombo Liman Şəhəri” nin Şri Lanka xalqına böyük fayda gətirəcəyini deyib. Xatırladaq ki, “Kolombo Liman Şəhəri” layihəsi tamamilə Çinin maliyəsi hesabına həyata keçirilir. Layihənin ümumi dəyərinin 1,4 milyard dollar olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır