Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-04,
Seanews
Heyder Eliyev

Mahaçqala limanında taxıl terminalı tikiləcək

2025-ci ildə Mahaçqala limanında aşırma gücü ildə 1,5 milyon ton olan taxıl terminalının tikintisi planlaşdırılır.

“Seanews.az” Dağıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu respublikanın nəqliyyat və yol təsərrüfatı naziri Cambulat Salavov idarənin 2024-cü il üçün işinin yekunlarına və 2025-ci il üçün vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

Bundan əlavə, 2025-ci ilə əsaslı təmir, mövcud yanalma körpülərinin yenidən qurulması və limana giriş yolunun tikintisi nəzərdə tutulub.

Daha əvvəl xəbər verildiyi kimi, Mahaçqala dəniz limanının 2030-cu ilədək yükaşırma qabiliyyətinin 8,3 milyon tondan 11 milyon tona (3,1 milyon ton quru yüklər və 7,9 milyon ton maye yüklər) çatdırılması planlaşdırılır.

Mahaçqala limanı Rusiyanın Xəzər dənizində yeganə buzsuz və dərin sulu limanıdır. 2024-cü ildə limanda 3,2 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır