Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-06,
Seanews
Heyder Eliyev

Panama ABŞ gəmiləri üçün rüsumları ləğv edib? 

Panama hökuməti ABŞ gəmilərinin Panama kanalı vasitəsilə keçidi üçün nəzərdə tutulan ödənişləri ləğv edib.

"Seanews.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"ABŞ-nin gəmiləri indi Panama kanalından rüsum ödəmədən tranzit keçə bilər və bu, ABŞ hökumətinə ildə milyonlarla dollara qənaət etməyə imkan verir", - bəyanatda deyilir.

"Reuters"in yaydığı məlumatda isə bildirilir ki, Panama Kanalı İdarəsi ABŞ Dövlət Departamentinin ABŞ-yə məxsus gəmilərin kanal keçidi üçün ödənişlərdən azad edildiyi barədə bəyanatını təkzib edib. İdarə kanalın keçidi üçün ödənişlərdə və ya hüquqlarda heç bir dəyişiklik olmadığını bildirib və ABŞ ilə hərbi gəmilərin keçidi mövzusunda dialoqa açıq olduğunu qeyd edib.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ gəmilərinin Panama kanalı vasitəsilə keçid üçün yüksək tariflər ödədiyini bildirərək, kanalın yenidən ABŞ-nin nəzarətinə qaytarılması məsələsini gündəmə gətirmişdi. Panama Prezidenti Mulino isə buna cavab olaraq, Panama kanalının suveren ərazi olduğunu bəyan etmişdi.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır