Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-12,
Seanews
Heyder Eliyev

İndoneziya öz təyyarədaşıyan gəmisini inşa etmək barədə düşünür

İndoneziya Hərbi Dəniz Qüvvələri komandanlığı müxtəlif tapşırıqların, o cümlədən hərbi əməliyyatlarla bağlı olmayanların həlli üçün təyyarədaşıyan gəminin yaradılması zərurətini müzakirə edir.

“Seanews.az” xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Məhəmməd Əli bildirib.

Admiral deyib ki, Hərbi Dəniz Qüvvələri Müdafiə Nazirliyinə bir sıra əsas silah sistemlərinin alınmasını təklif edib. Onun sözlərinə görə, artıq çox iş görülüb. Xüsusilə, İndoneziya Hərbi Dəniz Qüvvələri üçün İtaliyada iki freqat sinifli dəniz patrul gəmisi inşa edib. İndoneziyanın Lampunqdakı gəmiqayırma zavodlarında daha iki freqat tikilib. Türkiyədən bir neçə sürətli raket kateri alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır