�-da hərbi gəmilər toqqu
Amerika Birləşmiş Ştatlarının şərq sahillərində bu ölkənin Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus iki gəmi toqquşub. “Seanews.az” xəbər verir ki, bu barədə ABŞ HDQ-nin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, söhbət “Leyte Gulf” raket kreyseri və ABŞ HDQ-nin yük gəmisindən gedir. Onlar ehtiyat yanacaq doldurarkən toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Toqquşmadan sonra gəmilər öz marşrutu üzrə hərəkətinə davam edib. HDQ baş verənlərlə bağlı araşdırma aparacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır