Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-20,
Seanews
Heyder Eliyev

inci Dünya müharibəsi zamanı batırılan Yaponiya gəmisi tapı

ABŞ tədqiqat qrupu Salamon adaları yaxınlığında, təqribən 1000 metr dərinlikdə Yaponiyanın İmperator donanmasına məxsus “Hiey” xətt gəmisi aşkar edib. NHK telekanalı tədqiqatçılar tərəfindən gəminin tapıldığı ərazidə xüsusi avadanlıq vasitəsilə aparılan videoçəkilişləri nümayiş etdirib. Videoyazıda gəminin yanı üstə düşdüyü, nəhəng vintləri və zenit toplarının lülələri aydın görünür. Gəmi 1942-ci ildə Sakit okeanın cənubunda Quadalkanal uğrunda döyüşlər zamanı batırılıb. “Hiey” linkoru 1914-cü ildə inşa edilib. Müasirləşdirmə məqsədilə aparılan dəyişikliklərdən sonra bu gəmi Pörl-Harbor uğrunda döyüşlərdə iştirak edib. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır