Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-19,
Seanews
Heyder Eliyev

Süveyş kanalı ilə gəmilərin hərəkəti tədricən normallaşacaq

Süveyş kanalı ilə gəmilərin hərəkəti tədricən normallaşmağa başlaya bilər. 2025-ci ilin ortalarına qədər tranzitin tam bərpası gözlənilir.

“Seanews.az” "Egypt Today"-a istinadən xəbər verir ki, bu barədə Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabie Misir televiziyasına müsahibəsində bildirib.

Usama Rabienin sözlərinə görə, hazırda kanaldan gündə 32-dən çox gəmi keçmir, halbuki 2023-cü ilin oktyabrında Qəzza zolağında baş verən hadisələrə qədər gəmiçilik arteriyasından gündə orta hesabla 75 gəmi keçirdi. Böyük neft tankerləri isə hələ də kanaldan keçə bilmir.

İqtisadi nəticələrdən danışan Süveyş Kanalı İdarəsinin rəhbəri münaqişənin gəlirlərin təxminən 60% azalmasına səbəb olduğunu vurğulayıb. 2025-ci ilin iyununda başa çatacaq cari maliyyə ilində Misir iqtisadiyyatına dəyən zərərin 7 milyard dollar olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Misirin 2023/2024-cü maliyyə ili üçün Süveyş kanalının istismarından əldə etdiyi gəlirlər əvvəlki dövrlə müqayisədə 23% azalaraq 7,2 milyard dollar təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır