Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

Macarıstan yüklərinin ixracı üçün Triest limanında terminal tikiləcək

Macarıstan İtaliyanın Adriatik dənizindəki Triest limanında özünün “Adria Port” terminalının tikintisinə başlayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Daily News Hungary” xəbər resursu məlumat yayıb. Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Levente Madyaravon tikinti sahəsinə səfəri zamanı terminalın 2028-ci ildə tam istismara veriləcəyini söyləyib.

Terminal Macarıstanın ixrac yüklərini aşıracaq. Layihənin birinci mərhələsində 250 metr uzunluğunda yanalma sahil xəttinin yaradılması, 30 hektar ərazidə liman əməliyyatları üçün zəruri olan logistika mərkəzinin tikilməsi və sair nəzərdə tutulur.

Nəşrin məlumatına görə, Triestdə Macarıstan limanının tikintisi planları hələ 2019-cu ilin yayında məlum olub. Macarıstan Triest limanı rəhbərliyi ilə imzalanmış 60 illik konsessiya müqaviləsi əsasında 31 milyon avroya əraziyə mülkiyyət hüququ alıb.

Qeyd olunur ki, Macarıstan hər il təxminən 150 milyard avro dəyərində mal ixrac edir. Eyni zamanda, Macarıstan mallarının əksəriyyəti Avropadan dəniz yolu ilə çıxarılır. Dənizə çıxışı olmadığı üçün ölkə qonşu dövlətlərdən çox asılıdır.

Terminal 100% Macarıstan dövlətinə məxsus olan “Adria Port” şirkəti tərəfindən idarə olunacaq. Şirkətə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi tərəfindən nəzarət olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır