Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

Yuanşuy çayında sərnişin gəmisinin neftyığan gəmi ilə toqquşması nəticəsində 14 nəfər itkin düşüb

Çinin Yuanşuy çayında sərnişin gəmisi neft sızıntısını aradan qaldıran gəmi ilə toqquşub.

“Seanews.az” Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, Çinin Hunan əyalətində sərnişin gəmisi ilə neft sızıntısını aradan qaldıran gəminin toqquşması nəticəsində iki nəfər həlak olub və 14 nəfər itkin düşüb.

Hadisə Yuanşuy çayında yerli vaxtla saat 10:00 radələrində baş verib. Göyərtəsində 19 sərnişinin olduğu gəmi çayı keçərkən texniki gəminin arxa tərəfə çırpılması nəticəsində çevrilib. Texniki gəmi insidentdən sonra sahilə yaxınlaşıb. Onun heyətinin 3 üzvü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır