Rumıniya Hərbi Dəniz Qüvvələri donanmasını yeniləyəcək
Rumıniya Müdafiə Nazirliyi bu il Hərbi Dəniz Qüvvələri üçün dəniz patrul gəmiləri, pilotsuz və yedək gəmiləri almaq niyyətindədir.
“Seanews.az” xəbər verir ki, bu barədə “Agerpres” agentliyinə hərbi idarənin nümayəndələri məlumat veriblər.
2025-ci ildə Hərbi Dəniz Qüvvələrinin həm dəniz, həm də çay komponentlərinin təchiz edilməsi və modernləşdirilməsi proqramlarına xüsusi diqqət yetiriləcək.
Rumıniya Müdafiə Nazirliyi “Mina ovçusu” tədarük proqramını davam etdirməyi planlaşdırır və dəniz patrul gəmiləri, müdaxilə gəmiləri, dəniz yedək gəmiləri və silahların alınmasını nəzərdən keçirir. Freqatlar, raket daşıyıcıları, dəniz dəstəyi və dalğıclı müdaxilə gəmiləri və korvetlər də modernləşdiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır