Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-17,
Seanews
Heyder Eliyev

ABŞ limanları Çin gəmilərinə daha yüksək ödənişlər tətbiq edəcək

ABŞ səlahiyyətliləri ABŞ limanlarına gələn Çin gəmiləri üçün rüsumların artırılmasını müzakirə edir.

“Seanews.az” bildirir ki, bu barədə “The Wall Street Journal” (“WSJ”) yazır.

Təşəbbüs qəbul olunarsa, Çin gəmiçilik şirkətləri Amerika limanında hər səfər üçün 1 milyon dollara qədər rüsumla üzləşə bilər. Ödənişin məbləği Çin şirkəti donanmasının həcmindən asılı olaraq təyin olunacaq və hətta ABŞ-a üzməyən gəmilər də nəzərə alınacaq.

Təklif olunan məhdudiyyətlər həm “Cosco” kimi Çin gəmiçilik şirkətlərinə, həm də Çinin tərsanələrindən onlarla gəmi almış Danimarkanın “Maersk” və Cenevrədə yerləşən “MSC” kimi böyük qeyri-Çin şirkətlərinə təsir edəcək.

Müzakirə martın 24-dək davam edəcək. Danimarkanın “Vespucci Maritime” şirkətinin baş direktoru Lars Yensenin qəzetə verdiyi məlumata görə, Çin gəmilərində yüksək rüsumlar Amerika idxalçılarına, ixracatçılarına və istehlakçılarına təsir edəcək. Yensen həmçinin ABŞ hökumətinin planlarını “ağılsızlıq” adlandırıb və ictimai müzakirələrin rüsumun tətbiqinə mane olacağına ümid etdiyini bildirib.

Fevralın 2-də ABŞ prezidenti Donald Tramp “qeyri-qanuni mühacirlərin və narkotiklərin yaratdığı təhlükəyə görə” Kanada, Meksika və Çindən idxal olunan mallara əlavə rüsumlar tətbiq edən fərman imzalayıb. Çin üçün tariflər 10%, Kanada və Meksika üçün 25% təşkil edir. Kanada və Meksikada tariflər sonradan təxirə salındı.

Pekin buna cavab olaraq ABŞ-dan idxal olunan enerjiyə əlavə tariflər tətbiq edib. Kömür və mayeləşdirilmiş təbii qaza (LNG) tarif 15%, neft, kənd təsərrüfatı maşınları, iri minik avtomobilləri və “pikap”lar üçün isə 10% olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır