Həştərxan limanlarına yan alan xarici gəmilərin sayı artıb
2024-cü ildə xarici gəmilərin Həştərxan limanlarına səfərlərinin sayı 15% artıb.
“Seanews.az” TASS-a istinadən xəbər verir ki,bu barədə regionun sənaye, ticarət və energetika naziri Mixail Kabakov bildirib.
Mixail Kabakovun dediyinə görə, "2024-cü ildə limana 13 906 gəmi daxil olub ki, bu da əvvəlki illə müqayisədə 6% çoxdur. Xarici gəmilərin səfərlərinin sayı 2023-cü ilin eyni dövründəki rəqəmləri 15% üstələyib. Limana yan alan gəmilərin 1236-sı İran bayrağı altında üzən gəmilər olub”.
Ötən il Həştərxan və Olya dəniz limanlarının terminalları vasitəsilə 6,1 milyon ton yük aşırılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 137% çoxdur. Eyni zamanda, idxal yüklərinin aşırılması 51 faiz, ixrac yüklərinin işlənməsi isə 29 faiz artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır