Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-09,
Seanews
Heyder Eliyev

İsveçdə xərcləri azaltmaq üçün altı buzqıran gəmidən birini istismardan çıxaracaqlar

İsveç Dəniz Administrasiyası altı buzqıran gəmidən birini istismardan çıxarmağa məcburdur. Bu, xərclərin azaldılması zərurəti ilə bağlıdır.

“Seanews.az” İsveç Dəniz Administrasiyasına istinadən xəbər verir ki, bundan əlavə, dənizdə xilasetmə üçün nəzərdə tutulan 5 helikopter bazasından ikisi maliyyə səbəblərinə görə bağlanacaq.

Qəbul edilən qərarlar bu günlərdə administrasiyanın üç illik fəaliyyət planının təqdimatı zamanı ölkə hökumətinə elan ediləcək. Eyni zamanda, buz qırma əməliyyatlarının azalması gəmiçilik marşrutlarının və limanlarının bağlanmasına səbəb ola bilər, halbuki dəniz daşımaları İsveçin idxal və ixracının 90%-ni təşkil edir.

Bununla əlaqədar olaraq, İsveç Dəniz Administrasiyası dövlət maliyyələşdirməsinin ildə 250 milyon İsveç kronu (təxminən 23,5 milyon dollar) artırılmasını xahiş etmək niyyətindədir. Rüsumlar da eyni məbləğdə artırılmalıdır. Bundan əlavə, agentlik on il müddətində liman infrastrukturuna və donanmaya dövlət investisiyasının 35 milyard SEK (təxminən 3,3 milyard dollar) olacağına ümid bəsləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır