Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-09,
Seanews
Heyder Eliyev

“KTZ Express” və “Yiwu Timex” şirkətlərinin nümayəndələri Orta Dəhlizin inkişafı məsələlərini müzakirə ediblər

Qazaxıstanın “KTZ Express” (“Qazaxıstan Dəmir Yolu”-nun törəmə şirkəti) və Çinin “Yiwu Timex” şirkətlərinin nümayəndələri martın 3-də keçirilən işçi görüşü zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı məsələlərini müzakirə ediblər.

“Seanews.az” xəbər verir ki, tərəflər Xəzər regionu üçün gəmiqayırma sahəsində əməkdaşlığın perspektivləri, həmçinin Aktauda liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi ediblər. Bundan əlavə, yüklərin çatdırılmasını sürətləndirmək üçün Mərkəzi Asiya ölkələri istiqamətində əlavə sürətli konteyner qatarlarının buraxılması nəzərdə tutulur.

Danışıqlarda tərəflər əməkdaşlığın inkişafı və regionun nəqliyyat infrastrukturuna birgə sərmayə qoyuluşunda maraqlı olduqlarını da ifadə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır