Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-11,
Seanews
Heyder Eliyev

“CK Hutchison” Panama limanındakı aktivlərini ABŞ konsorsiumuna satacaq

Çinin ən böyük çoxsahəli konqlomeratlarından biri olan “CK Hutchison” Panamadakılar da daxil olmaqla, liman aktivlərini Amerikanın “BlackRock”, “Global Infrastructure Partners” (“GIP”) və “Terminal Investment Limited” (“TiL”) investisiya şirkətlərindən ibarət konsorsiuma 22,8 milyard dollara satmaq barədə ilkin razılığa gəlib.

“Seanews.az” xəbər verir ki,  prinsipcə, eyni vaxtda iki müqavilə bağlanacaq. Beləliklə, konsorsiuma “Hutchison Port Holdings” (“HPH”) şirkətinin Panamada Balboa və Cristobal limanlarına sahib olan və onları idarə edən “Panama Ports Company” (“PPC”) şirkətinin səhmlərinin 90%-i satılacaq. Qeyd olunur ki, bu əməliyyat Panama hökuməti tərəfindən təsdiqlənməlidir və “PPC” səhmlərinin satışı üzrə yekun sənədlər 2 aprel 2025-ci il tarixindən gec olmayaraq imzalanacaq.

Bundan əlavə, Cənub-Şərqi Asiya, Yaxın Şərq, Böyük Britaniya və Almaniya da daxil olmaqla, dünyanın 23 ölkəsində 43 liman və infrastrukturu idarə edən “CK Hutchison” törəmə müəssisələrinin aktivlərinin 80%-i satılacaq.

Qeyd edək ki, konsorsiumla yekun şərtlərlə bağlı danışıqlar zamanı əməliyyatın qiyməti dəyişə bilər. Minoritar payları və holdinqə verilmiş səhmdar kreditlərinin ödənilməsini nəzərə alaraq, “CK Hutchison” 19 milyard dollardan çox vəsait alacağını gözləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır