Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-11,
Seanews
Heyder Eliyev

Panama kanalı 2025-ci ildə gəlir artımına ümid bəsləyir

Uzun sürən quraqlıqdan sonra Panama kanalı ilə gəmilərin hərəkətinin bərpası ilə su arteriyasının maliyyə göstəriciləri də artacaq.

“Seanews.az” xəbər verir ki, Kanalın əməliyyatlar üzrə vitse-prezidenti Boris Moreno bu barədə “RİA Novosti”-yə müsahibəsində bildirib. O qeyd edib ki, bu il Panama kanalının gəlirinin beş milyard dolları keçəcəyinə ümid bəsləyirlər.

"Keçən il biz 5 milyard dollardan bir qədər az gəlir əldə etdik. Su qıtlığı böhranından artıq çıxmışıq və  göllərimiz doludur. Ona görə, bu il istismar qabiliyyətinin imkan verdiyi bütün gəmilərin kanaldan keçməsinə icazə veriləcək", - o deyib.

Qeyd edək ki, hazırda kanal vasitəsilə daşımalardan əsasən ABŞ (75%), Çin, Cənubi Koreya və Çili istifadə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır