Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-11,
Seanews
Heyder Eliyev

“CMA CGM” gəmiçilik şirkəti ABŞ logistikasına 20 milyard dollar investisiya etmək istəyir

Fransanın nəqliyyat və logistika qrupu “CMA CGM” (həmçinin ABŞ-nin qabaqcıl yükdaşıma şirkəti “APL”-nin sahibidir) ABŞ logistikasına 20 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

“Seanews.az”  xəbər verir ki, qrupun mətbuat xidmətinin məlumatında belə deyilir.

“CMA CGM” bu məbləği növbəti dörd il ərzində xərcləməyə hazırdır. Vəsaitlər "dəniz iqtisadiyyatını dəstəkləmək və ABŞ-nin daxili təchizat zəncirlərini dəyişdirmək üçün" istifadə olunacaq. Xüsusilə, Nyu-York, Los-Anceles, Hyuston və Mayami də daxil olmaqla hər iki sahildə liman infrastrukturunun inkişafı planlaşdırılır.

Sərmayənin liman əməliyyatlarının səmərəliyini artıracağı, rəqəmsallaşmanı sürətləndirəcəyi, işçilərin təhlükəsizliyini təmin edəcəyi və Amerika ixracını stimullaşdıracağı gözlənilir.

“Növbəti dörd il ərzində biz ABŞ bayrağı altında üzən gəmilərimizin sayını əhəmiyyətli dərəcədə artıracağıq, hər iki sahildəki əsas konteyner limanlarında tutumu genişləndirəcəyik, ölkə daxilində müasir anbar obyektlərini inkişaf etdirəcəyik və Çikaqoda əhəmiyyətli yük qovşağı yaradacağıq. Bu, Amerikada 10 000 yeni iş yeri yaradacaq və Amerika müştəriləri və hökuməti ilə tərəfdaşlığımızı daha da gücləndirəcək”, - deyə “CMA CGM” qrupunun sədri və baş icraçı direktoru Rodolf Saade bildirib.

Qeyd etmək lazımdır ki, “CMA CGM” hazırda hər il ölkə daxilində və xaricə 5 milyondan çox konteyner daşıyır və 40 ştatda fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır