Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-11,
Seanews
Heyder Eliyev

Liverpul limanında yanalma körpüsü istismara verilib

Böyük Britaniyanın Liverpul limanında istismara verilən yeni dərin sulu yanalma körpüsü limanın yükötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Bu, son 40 ildə limanda tikilmiş ilk belə yanalma körpüsüdür.

“Seanews.az”  “Peel Ports Group”-a istinadən xəbər verir ki, yeni körpü İsgəndər kompleksinin inkişafı üçün ayrılmış 2 milyon funt sterlinq (2,85 milyon dollar) dəyərində investisiya çərçivəsində həyata keçirilib.

“Handymax” sinifli gəmilərə xidmət göstərə biləcək yeni körpü artıq “Andesborg” adlı ilk gəmini qəbul edib. Mövcud “N3 Alex” yanalma körpüsü ilə birlikdə yeni obyekt həm kompleksin, həm də bütün Liverpul limanının yükaşırma imkanlarını xeyli artıracaq.

Qeyd edək ki, İsgəndər kompleksi 162,76 min kvadratmetr ərazini tutur və bu yaxınlarda 28 milyon funt sterlinq (36,12 milyon dollar) dəyərində ən müasir anbarla genişləndirilib. Kompleks toplu yüklərin saxlanması və işlənməsi üçün nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır