Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-11,
Seanews
Heyder Eliyev

“CMA CGM” gəmiçiliyi “Maersk”-i qabaqlayıb

Keçən həftə gözlənilən baş verdi – “CMA CGM” ən böyük konteyner xətləri sıralamasında ikinci yerə yüksəlib və “Maersk”-i üçüncü yerə sıxışdırıb.

“Seanews.az” “Splash24/7”-ə istinadən xəbər verir ki, “Alphaliner”-in son məlumatına görə, Fransa xətti gəmiçiliyinin donanma tutumu, sifariş kitabçası da daxil olmaqla, 5,42 milyon TEU-ya çatıb - bu danimarkalı rəqibinin göstəricisindən 140 min TEU çoxdur.

Bununla belə, hazırda 8,47 milyon TEU ilə lider “MSC”-nin tutumu “CMA CGM” və “Maersk” donanmalarının birgə tutumunu üstələyir.

“CMA CGM” bu ilin ilk aylarında ikinci əl bazarında gəmilərin ən fəal alıcısı olub və bu yaxınlarda “CSSC Jiangnan Shipyard ”-ə 18 000 TEU-luq on iki və Koreyadakı “HD Hyundai Heavy Industries”-ə 18 000 TEU-luq daha on iki mühərrikli konteyner gəmiləri sifariş  verib.

“Maersk” bu arada, tutumu  4 ilə 4,4 milyon TEU arasında olan donanması ilə kifayətlənib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır