Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-12,
Seanews
Heyder Eliyev

Türkmənistan Litva ilə liman əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır

Litvaya işgüzar səfəri çərçivəsində Türkmənistanın Minskdəki fövqəladə və səlahiyyətli səfiri Nəzərqulu Şaquliyev MDB ölkələri, Avropa və Asiya ölkələrinə dəniz limanları vasitəsilə ticarət və logistika üzrə ixtisaslaşmış “Grudoteka” müəssisəsində olub, onun rəhbərliyi ilə danışıqlar aparıb.

“Seanews.az” “Turkmenportal”-a istinadən xəbər verir ki, görüşdə Türkmənistan və Litva arasında ticarət əlaqələrinin gücləndirilməsinin mühüm amilləri kimi yükdaşımaların səmərəliyinin artırılması və dəniz logistika infrastrukturunun inkişafı vurğulanmaqla liman əməkdaşlığının əsas aspektləri müzakirə edilib.

Türkmənistanlı diplomat Klaypeda Dövlət Dəniz Limanının baş direktoru Algis Latakas ilə də görüşüb və o, türkmən diplomatına limanın fəaliyyəti barədə ətraflı məlumat verib. Səfir Türkmənistan və Litva Respublikası arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və nəqliyyat sektorunda qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafı üçün mühüm perspektivlərin mövcudluğuna əminliyini ifadə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır