Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-12,
Seanews
Heyder Eliyev

Çin gəmiqayırmada liderliyini bərpa edib

Cənubi Koreya 2025-ci ilin fevralında yeni gəmilərin tikintisi sifarişlərində liderliyini yenidən Çinə təhvil verib.

“Seanews.az” xəbər verir ki, Londonda yerləşən “Clarkson Research Services” tədqiqat şirkətinin məlumatına görə,  fevral ayında Koreya tərsanələri yeddi gəmi üçün 290 000 CGT dəyərində sifarişlər alıb ki, bu da dünya üzrə 2,07 milyon CGT-nin 14%-ni təşkil edir. Bu arada, Çin 37 gəmi üçün 1,35 milyon CGT ilə birinci yerdə qərarlaşıb ki, bu da dünya üzrə 65%-ni təşkil edir.

Koreyanın göstəriciləri dünya üzrə sifarişlərin 62%-ni təşkil etdiyi 2025-ci ilin yanvarından əhəmiyyətli dərəcədə aşağı düşüb, Çinin isə yanvarda  bütün yeni sifarişləri 19% təşkil edib, -  “The Korea Times” bildirir.

Tamamlanmamış sifarişlər baxımından Çin 90,75 milyon CGT və ya yanvar ayının sonuna olan dünya üzrə ümumi 156,34 milyon CGT-nin 58%-i ilə dünyada birinci yerdədir. Cənubi Koreya 36,67 milyon CGT (dünya üzrə sifarişlərin  23%-i) ilə ikinci yeri tutub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır