Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-13,
Seanews
Heyder Eliyev

Yeni kruiz terminalı bütün gəmilərə birbaşa yanalma imkanı verəcək

2032-ci ildə Samui adasında (Tayland) kruiz terminalının açılması planlaşdırılır.  

“Seanews.az” bu barədə yerli mətbuata istinadən xəbər verir.

Obyektin tikintisinə 2029-cu ildə başlanacaq. İstismara verildikdən sonra hər il təxminən 120 sərnişin gəmisinin buraya səfər edə biləcəyi və adanın özünü təxminən 180 min insanın ziyarət edəcəyi gözlənilir. Bütün bunlar turizmin inkişafına öz töhfəsini verəcək.

7,4 hektar ərazidə yerləşəcək terminalın tikintisi ilkin hesablamalara görə  358 milyon dollara başa gələcək.

Qeyd etmək lazımdır ki, hazırda Samui adasının infrastrukturu böyük kruiz gəmilərini qəbul edə bilmir. Adaya gələn gəmilərin əksəriyyəti dənizdə lövbər salır, sərnişinləri isə daha kiçik gəmilərdə sahilə daşınır. Yeni kruiz terminalı bütün gəmilərə birbaşa yanalma imkanı verməklə bu problemi də həll edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır