Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-14,
Seanews
Heyder Eliyev

Çabahar limanının konteyner dövriyyəsini 1,5 dəfə artırmaq planlaşdırılır

“İran Gəmiçilik Xəttləri” (“IRISL”)  şirkəti konteyner daşımalarında yeni rekorda imza atıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “IRISL” İdarə Heyətinin sədri bildirib. Onun sözlərinə görə, “IRISL” əvvəlki illə müqayisədə 100 min TEU-dan çox yük daşıyıb və konteyner daşıma göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

İranın “Şimal-Cənub” dəhlizindən xüsusilə İran ixracatına tələbatın yüksək olduğu Rusiya və MDB ölkələrinin bazarlarına xidmət etmək üçün istifadənin vacibliyini vurğulayarkən qeyd edib ki, “IRISL” multimodal və inteqrasiya olunmuş nəqliyyat həllərindən istifadə etməklə belə yüklərin işlənməsinə tam hazırdır.

“IRISL” indi beş qitədə müştərilərə xidmət göstərir. Şirkətin başçısı xüsusilə, “IRISL”-in strateji sərmayələrindən sonra İranda dördüncü yerdən ikinci yerə yüksələn Çabahar limanının sürətli böyüməsinə diqqət çəkib: “IRISL”-in gəlişindən əvvəl Çabaharda konteyner daşınması az idi, lakin son üç il ərzində liman vasitəsilə konteyner daşımaları bu il təxminən 100 000 TEU-ya yüksəldi. Gələn il şirkət bu rəqəmi 150 min TEU-ya çatdırmağı planlaşdırır.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır