“Hapag-Lloyd” konteyner gəmilərinin tutumunu artıracaq
“Hapag-Lloyd” 10 illik yeddi konteyner gəmisinin tutumunu artıracaq.
“Seanews.az”-ın “Alphaliner”-ə istinadən verdiyi xəbərə görə, gəmilər Çinin “COSCO Zhoushan Shipyard” tərsanəsində modernləşdiriləcək.
Beləliklə, “Hapag-Lloyd” konteyner gəmilərinin tutumunu 9,3 mindən 10,2 min TEU-ya çatdırılmasına ümid bəsləyir.
İki il əvvəl xətt gəmiçilik Danimarkada analoji layihə həyata keçirmişdi. O zaman yeddi konteyner gəmisinin tutumu 8 mindən 9,2 min TEU-ya qaldırıldı.
Problemi həll etmək üçün gəmilərdəki bərkidici körpülərin hündürlüyü artırılacaq ki, bu da göyərtədə daha iki yarusda konteyner yerləşdirməyə imkan verəcək. İşlənmiş qazların konteynerlərin yuxarı yığınlarından kənara çıxarılması üçün borular da uzadılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır