Helsinki limanına yan alan gəmilərin sayı 4,2% artıb
2025-ci ilin yanvar-fevral aylarında Finlandiyanın Helsinki limanının yük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1% azalaraq 2,23 milyon tona düşüb. O cümlədən, qablaşdırılmış yüklərin aşırılması 2,4% artaraq 1,92 milyon ton, balker yüklərin aşırılması isə 30,1% azalaraq 172,7 min ton olub.
“Seanews.az” xəbər verir ki, hesabat dövründə limanın konteyner dövriyyəsi 0,6% artaraq 75,7 min TEU, təkərli nəqliyyat vasitələrinin aşırılması isə 3% azalaraq 99,74 min vahid təşkil edib.
Hesabat dövründə limana yan alan gəmilərin sayı 4,2% artaraq 1123-ə çatıb. Dəniz xətləri üzrə sərnişin axını 1,1 milyon nəfər olub ki, bu da 3,7% artım deməkdir.
Qeyd edək ki, Helsinki limanı vasitəsilə daşınan malların əksəriyyəti Finlandiyanın xarici ticarəti üçün qablaşdırılmış yüklərdir, yəni yük maşınlarında, qoşqularda və konteynerlərdə daşınan yüklərdir. Limanın yük dövriyyəsi 2024-cü ildə 0,5% artaraq 14 milyon ton təşkil edib.