Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-21,
Seanews
Heyder Eliyev

Bu ilin yanvar-fevralında Şanxay limanının yük dövriyyəsi 9,3 milyon tonu ötüb

2025-ci ilin yanvar-fevral aylarında Çinin Şanxay limanının yük dövriyyəsi illik müqayisədə 1% artaraq 9,3 milyon tonu ötüb.

“Seanews.az”ın məlumatına görə, liman administrasiyasının hesabatında belə deyilir.

Limanın konteyner dövriyyəsi 8,9 milyon TEU (+7%) təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin sonuna Şanxay limanı dünyada 50 milyon TEU həddi keçən ilk yükaşırma mərkəzi olub. Ümumilikdə, ötən il limanın yük dövriyyəsi 2023-cü illə müqayisədə 3% artaraq 580,5 milyon tona, konteyner dövriyyəsi isə 4,9% artaraq 51,5 milyon TEU-ya çatıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır