Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-02,
    13:32:01

Özbəklər Koreya tərsanələrində gəmi tikəcəklər

Özbəkistanda işə götürülən 280 nəfərin bu yay Ulsan gəmiqayırma zavodlarında çalışacağı gözlənilir.

“Seanews.az” “Splash 24/7”-ə istinadən xəbər verir ki, onlara Cənubi Koreyada müəyyən edilmiş minimum əmək haqqı qədər: saatda 10,030 von (7,60 dollar) hesabı ilə pul ödəniləcək.

Cənubi Koreya tərsanələri əvvəllər əcnəbi işçi qüvvəsi cəlb edirdi, lakin ilk dəfədir ki, bu işdə bələdiyyə orqanları birbaşa iştirak edir. Layihə çərçivəsində şəhər rəhbərliyi Özbəkistanda yeni kadrlar üçün təlim mərkəzləri yaradır.

Son illərdə sifarişləri artan Cənubi Koreyanın gəmiqayırma sənayesi kadr çatışmazlığı yaşayır. Hökumət hər il verilən iş vizalarının sayını artırmaqla və digər Asiya ölkələri ilə təlim və işə qəbulla bağlı müqavilələr bağlamaqla çatışmazlığı aradan qaldırmağa çalışır.

Qeyd edək ki, bir neçə il əvvəl Cənubi Koreya işçi qüvvəsi üçün dənizə çıxışı olmayan Nepala üz tutdu və hazırda Filippin, İndoneziya və digər Asiya ölkələrindən gələn miqrant işçilərlə birlikdə 3 minə yaxın nepallı Koreya tərsanələrində işləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır