Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-02,
Seanews
Heyder Eliyev

“Global Ports Holding” Şimali Avropa bazarında mövqeyini möhkəmləndirir

Böyük beynəlxalq kruiz limanı operatoru “Global Ports Holding” (“GPH”) Şotlandiyanın Qrinok limanını idarə etmək üçün “Clydeport Operations Limited” (“Peel Ports Group”-un törəmə şirkəti) ilə 50 illik müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu müqavilə şirkətə Şotlandiya bazarına çıxış və Böyük Britaniyada mövcudluğu təmin edir.

Operatorun press-relizində qeyd edildiyi kimi, 2024-cü ilin aprelində “GPH” İngiltərədəki ilk müəssisəsi olan Liverpul kruiz limanının idarəçiliyini üzərinə götürüb. Qrinok limanının konsessiyasının alınması şirkətin Böyük Britaniya, İrlandiya və Şimali Avropa ölkələrini birləşdirən əsas kruiz marşrutlarında strateji mövqeyini yaxşılaşdırır.

Qeyd edək ki, Qlazqodan 25 mil qərbdə, Klayd çayının sahilində yerləşən Qrinok kruiz limanının Qlazqo və Edinburqla yaxşı avtomobil və dəmir yolu əlaqələri var.

2024-cü ildə Qrinok kruiz limanına 80-dən çox kruiz gəmisi səfər edib. 2025-2026-cı illərdə bu rəqəmin artacağı gözlənilir. Liman istənilən ölçüdə kruiz gəmilərini qəbul edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır