Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-02,
Seanews
Heyder Eliyev

ABŞ Federal Dəniz Komissiyası Çində inşa edilən gəmilərə xüsusi rüsum tətbiq etmək niyyətindədir

ABŞ Federal Dəniz Komissiyası (FMC) Çində inşa edilən gəmilərə xüsusi rüsum tətbiq etmək niyyətindədir.

“Seanews.az” xəbər verir ki, bu barədə ABŞ Federal Dəniz Komissiyasının yeni rəhbəri Luis Sola "Financial Times"a müsahibəsində bildirib.

"Biz Çinin gəmi istehsalçılarına verdiyi subsidiyaları balanslaşdırmalıyıq. Atəşə atəşlə cavab verməliyik. Çin gəmilərindəki ödənişlərdən gələn pullar hara gedəcək? Bu vəsaitlər Amerika gəmiqayırma sahəsinə yatırılmalıdır", - deyib Luis Sola.

Qeyd edək ki, ABŞ Ticarət Nümayəndəsi hesab edir ki, ABŞ limanlarına səfər edən Çin istehsalı olan gəmilər üçün yeni ödəniş ABŞ limanlarında növündən, ölçüsündən və qalma müddətindən asılı olaraq hər gəmi üçün 1,5 milyon dollar təşkil edə bilər. Hazırda məsələ Tramp administrasiyası tərəfindən nəzərdən keçirilir. 2024-cü ildə belə gəmilər Amerika limanlarına 36 mindən çox səfər edib və yeni ödənişdən illik gəlir təxminən 52 milyard dollar ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır