Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-02,
Seanews
Heyder Eliyev

Türkmənistan və Sinqapur gəmiqayırma sahəsində əməkdaşlığı genişləndirəcək

Türkmənistan və Sinqapur gəmiqayırma sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Türkmənistanın səfiri Begenç Durdıyev Sinqapur Nəqliyyat Nazirliyinin nümayəndələri ilə görüş keçirib.

“Seanews.az” “Vestiabad”-a istinadən xəbər verir ki, danışıqlar zamanı nəqliyyat-logistika sektorunda əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Xüsusilə, Türkmənbaşı Beynəlxalq Dəniz Limanının modernləşdirilməsi, gəmiqayırma və gəmi təmirinin inkişafı, “Türkməndənizdəryayolları” agentliyi və Türkmənistanın Xəzər Dəniz İnstitutu ilə Sinqapurun müvafiq strukturları arasında əlaqələrin qurulması, habelə mülki aviasiya və dəniz nəqliyyatı sahəsində kadr hazırlığı məsələlərinə diqqət yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır