Qırmızı dənizdə batiskafın batması nəticəsində altı nəfər həlak olub
Kiçik əyləncə tipli "Sindbad" adlı batiskaf Qırmızı dənizdə, Misirin Hurqada kurort şəhəri yaxınlığında batıb.
"Seanews.az" xəbər verir ki, hadisə zamanı gəmidə 45 nəfər sərnişin olub.
Yerli hakimiyyət orqanları ən azı altı nəfərin həlak olduğunu, 29 nəfərin isə yaxınlıqdakı xəstəxanalara aparıldığını bildirib. Qəza qurbanlarının hamısı rus vətəndaşları olub.
Məlumata görə, xilasetmə əməliyyatları artıq başa çatıb və bütün sərnişinlər tapılıb.
Hadisə ilə bağlı batiskafı idarə edən şirkət danışaraq bildirib ki, gəmi Finlandiyada istehsal olunub və 75 metr dərinliyə enmək üçün nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır