Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-02,
Seanews
Heyder Eliyev

Qazaxıstan və Sloveniya prezidentləri Luka Koper limanının Orta Dəhlizə qoşulmasını müzakirə ediblər

Qazaxıstan və Sloveniya nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zərurətini müzakirə ediblər.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sloveniya Prezidenti Nataşa Pirç Musar ilə danışıqların yekunlarına dair brifinqdə deyib.

Tokayev qeyd edib: “Biz Sloveniyanın Luka Koper dəniz limanının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə cəlb edilməsi məsələsini müzakirə etdik. Deyə bilərik ki, ortaq fikrə gəlmişik. Biz səlahiyyətli orqanlara konkret tədbirlərin görülməsi ilə bağlı göstəriş vermişik".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır