Şanxayda 100 min ton alternativ yanacaq istehsal edəcək yaşıl metanol zavodu tikilir
Şanxayda (ÇXR) kimya sənaye kompleksinin ərazisində “yaşıl” metanol istehsalı zavodunun tikintisinə başlanılıb. Layihə gücü 100000 ton olan müəssisə 2025-ci ilin sonuna hazır olmalıdır. İstifadəyə verildikdən sonra Şanxay limanı yerli istehsal olunan bu növ alternativ yanacaqla bunker xidmətləri göstərə biləcək.
“Seanews.az” xəbər verir ki, bu barədə “Seatrade Maritime” məlumat yayıb.
Yaşıl metanolun istehsalı maye tullantıların və peyinin biometana çevrilməsini əhatə edəcək, daha sonra gəmilər tərəfindən istifadə üçün yaşıl metanol istehsalında istifadə ediləcək.
2024-cü ilin oktyabrında Şanxay səlahiyyətliləri gəmi yanacaqlarının transformasiyasını stimullaşdırmaq planını açıqladı. Sənədə əsasən, 2030-cu ilə qədər daxili və beynəlxalq bazarlarda gəmiçilik üçün “yaşıl” alternativ yanacağın tədarükü sisteminin yaradılması nəzərdə tutulur. İlkin hesablamalara görə, Şanxay limanında mayeləşdirilmiş təbii qazın (LNG) bunkerlənməsinin həcmi 1 milyon kubmetr, “yaşıl” metanol və ammonyak ilə bunkerləmə isə 1 milyon ton təşkil edə bilər.
Xatırladaq ki, 2024-cü ilin aprelində metanolla işləyən “Astrid Maersk” konteyner gəmisi Şanxay limanına yan almışdı və Çində ilk dəfə olaraq gəmi yükləmə-boşaltma əməliyyatlarını dayandırmadan “yaşıl” metanolla bunker edilmişdi.