Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-07,
Seanews
Heyder Eliyev

Yəmən husiləri Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbələr endirib

Yəmən husiləri Qırmızı dənizdə ABŞ-ın "Harry Truman" təyyarədaşıyan və onu müşayiət edən gəmilərə silsilə zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Səriya bildirib.

Onun sözlərinə görə, qanadlı raketlər və pilotsuz təyyarələrdən istifadə edilən zərbələr bir neçə saat davam edib və ABŞ-ın Yəmənin husilərin nəzarətində olan ərazilərinə hücumların qarşısı alınıb.

Bundan əvvəl husilər Qəzza zolağında atəşkəs rejiminin pozulması səbəbindən İsrail ərazisinə və onunla əlaqəli gəmilərə dayandırılmış hücumların bərpa olunduğunu elan etmişdilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır