Xəlifə limanında 600 min kubmetr tutumu olan yeni neft məhsulları anbarı tikiləcək
“AD Ports Group” və neft və neft məhsulları tədarükçüsü “Oylz Terminals” Xəlifə limanında anbarın birgə tikintisi, istismarı və idarə edilməsi üçün 50 illik müqavilə imzalayıb.
“Seanews.az” xəbər verir ki, bu barədə “AD Ports”-un mətbuat xidməti məlumat yayıb.
İmzalanmış sənədə əsasən, “Oylz Terminals”-ın mütəxəssisləri 600 min kubmetr tutumu olan müasir anbarın layihəsini hazırlayacaqlar.
Tikinti iki mərhələdə aparılacaq. Belə obyektin inşası limanın imkanlarını genişləndirəcək və regionda əsas enerji anbarı və ticarət mərkəzi kimi mövqeyini möhkəmləndirəcək.
Obyektin birinci mərhələsinin 2027-ci ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, 2006-cı ildə yaradılmış “AD Ports Group” (BƏƏ) logistika və liman infrastrukturunun və azad iqtisadi zonaların idarə edilməsi üzrə ixtisaslaşıb.