Barselona limanı üç yükaşıma körpüsünə 124 milyon avro sərmayə qoyacaq
İspaniyanın Barselona liman idarəsinin Direktorlar Şurası Muelle de la Energía rayonunun şərq tərəfində maye yüklərin aşırılması üçün üç yeni körpünün tikintisi layihəsini təsdiqləyib.
“Seanews.az” xəbər verir ki, bu barədə yerli “Ara” nəşri məlumat yayıb.
İnvestisiya məbləği 124 milyon avro təşkil edəcək. Layihə Nazirlər Şurasının təsdiqini almalıdır, çünki liman Puertos del Estado dövlət liman idarəsinin tabeçiliyindədir və o da öz növbəsində tikinti üçün tender keçirməlidir.
Yeni körpülərdə müxtəlif yanacaq növləri işlənəcək və Barselona limanının əsas yükaşırma mərkəzi kimi rolunu gücləndirəcək. Tikinti müddəti 38 aydır.
Bundan əlavə, limanın direktorlar şurası avtomatlaşdırılmış sərhəd nəzarəti sistemi xidmətlərinin tətbiqi barədə qərar qəbul edib. Bu məqsədlər üçün əlavə 11,5 milyon avro ayrılacaq.