Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-14,
Seanews
Heyder Eliyev

Britaniya Braziliyaya iki hərbi gəmi satmağı planlaşdırır

Britaniya iki desant gəmisinin satışı ilə bağlı danışıqlar aparır.

“Seanews.az” xəbər verir ki, bu barədə “Sky News”-a Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Nazirliyin sözçüsü deyib ki, "HMS Albion” və “HMS Bulwark” desant gəmilərinin mümkün satışı ilə bağlı Braziliya Hərbi Dəniz Qüvvələri ilə müzakirələr apardığımızı təsdiqləyirik. Noyabrda elan edildiyi kimi, hər iki gəmi Kral Donanmasının tərkibindən çıxarılır."

“HMS Albion” gəmisi 2003-cü ildə, “HMS Bulwark” isə 2005-ci ildə Kral Dəniz Qüvvələrinə təhvil verilmişdir. Hazırda azaldılmış döyüş hazırlığı vəziyyətində olan gəmilər müvafiq olaraq 2023 və 2017-ci ildən dənizə çıxmayıblar.

Bundan əvvəl Britaniya Hərbi Dəniz Qüvvələrinin yerüstü donanmasının sayının tarixi minimuma çatdığı bildirilirdi. Beləki, Britaniya Hərbi Dəniz Qüvvələrinin altı müasir “Type 45” esminesindən dördü 2024-cü ilin sonunda Portsmutdakı gəmiqayırma zavodunda idi. Xüsusilə, “Daring” esminesi istismara verildiyi gündən dənizdə olduğundan daha çox gəmiqayırma zavodunda vaxt keçirib. Britaniya Hərbi Dəniz Qüvvələrində xidmətdə olan səkkiz “Type 23” freqatından isə hazırda altısı fəaliyyətdədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır