Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-14,
Seanews
Heyder Eliyev

Türkiyədə bərədə yanğın nəticəsində tüstüdən zəhərlənən bir dənizçi və dörd sərnişin xəstəxanaya yerləşdirilib

Türkiyənin qərbində bərədə yanğın baş verib. Hadisə bazar günü axşam saatlarında gəmi İstanbulun Eminönü limanından Bursa vilayətinin Mudanya limanına gedərkən qeydə alınıb.

Bu barədə “Seanews.az” RİA Novosti-yə istinadən xəbər verir.

Bursa şəhər administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, maşın şöbəsində baş verən yanğın bərə heyətinin səyi ilə söndürülüb. Hündürlüyü üç metrə çatan dalğalara baxmayaraq, bütün sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib. Gəmi təyinat yerinə bir mühərrik işləməklə çatıb.

“İHA” agentliyi əlavə edir ki, ilkin söndürüldükdən sonra yanğın yenidən alovlanmağa başlayıb və sonda Mudanya limanında yanğınsöndürənlər tərəfindən söndürülüb. "Bir bərə işçisi və dörd sərnişin tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib", - agentlik bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır