Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-14,
Seanews
Heyder Eliyev

Qazaxıstan Poti limanında yeni terminalın tikintisinə 30 milyon dollar xərcləyib

Qazaxıstan Gürcüstanın Poti limanında yeni terminalın inşasını başa çatdırır.

“Seanews.az” xəbər verir ki, Qazaxıstanın Gürcüstandakı səfiri Malik Murzalin bunu “İmedi TV”-yə bildirib.

"Bizim Batumidə yaxşı aktivlərimiz var - Batumi Dəniz Limanı və Batumi Neft Emalı Zavodu. Yaxın vaxtlarda biz Poti limanında 30 milyon dollar investisiya qoyulan yeni terminalın tikintisini başa çatdıracağıq”, - deyə səfir qeyd edib.

Əvvəllər xəbər verildiyi kimi, Gürcüstanın limanları və terminalları 2024-cü ildə 15,6 milyon ton yük aşırıb ki, bu da 2023-cü illə müqayisədə 5,8% çoxdur. Hazırda Gürcüstanda iki liman - Batumi və Potidə fəaliyyət göstərir. Əsas yük axını Potidən keçir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır