Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-14,
Seanews
Heyder Eliyev

Britaniya məhkəməsi “Solong” konteyner gəmisinin kapitanı barəsində həbs qətimkan tədbiri seçib

ABŞ bayrağı altında üzən “Stena Immaculate” tankeri ilə Portuqaliya bayrağı altında üzən “Solong” konteyner gəmisi bir ay əvvəl Şimal dənizində toqquşmuşdu. Toqquşmaya növbətçi dənizçilərin çatışmazlığı və əlverişsiz hava şəraitinin səbəb olduğu iddia edilir.

“Seanews.az” TASS-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Dəniz Qəzalarının Təhqiqat Bürosunun ilkin hesabatında belə deyilir.

“Solong”-un kapitanı rusiyalı Vladimir Motin hadisə zamanı “növbədə olan yeganə şəxs” olub.

Humber işıq gəmisinin şimalındakı ərazidə görmə 0,25 dəniz mili ilə 2,0 dəniz mili arasında dəyişib. Nə “Solong”, nə də “Stena Immaculate” gəmisinin kapitan körpüsündə xüsusi müşahidəçisi olub.

Xatırladaq ki, hadisə martın 10-da saat 09:48-də (Moskva vaxtı ilə 12:48) İngiltərənin şimal-şərq sahillərində baş verib. İlkin məlumata görə, toqquşma nəticəsində lövbərdə dayanmış “Stena Immaculate” tankerində yük çəni partlayıb və içindəki aviasiya yanacağı dənizə tökülüb. Tankerdəki partlayışlardan sonra hər iki gəmi alovlanıb.

Əvvəllər bildirildiyi kimi, “Stena Immaculate” tankeri Pentaqon tərəfindən icarəyə götürülüb və “Solong” gəmisi digər əşyalarla yanaşı, 15 konteyner zəhərli natrium siyanidi də daşıyıb.

“Stena Immaculate”-dən 23 heyət üzvü və “Solong”dan olan 14 heyət üzvündən 13-ü təhlükəsiz yerə təxliyə edilib. “Solong” konteyner gəmisinin dənizçilərindən biri itkin düşüb.

Toqquşma zamanı "Solong" konteyner gəmisinin göyərtəsində beş Rusiya vətəndaşı olub, o cümlədən gəminin kapitanı Böyük Britaniya səlahiyyətliləri tərəfindən saxlanılıb və hazırda istintaq altındadır.

Martın 15-də Britaniya məhkəməsi “Solong” konteyner gəmisinin kapitanı rusiyalı Vladimir Motin barəsində həbs qətimkan tədbiri seçib. “Reuters” agentliyinin məlumatına görə, 59 yaşlı Sankt-Peterburq sakini bir nəfərin ölümü ilə nəticələnən cinayətkar səhlənkarlıqda ittiham olunur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır