Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-14,
Seanews
Heyder Eliyev

ABŞ gəmiçilikdə karbon emissiyalarına görə rüsum tətbiqini dəstəkləmir

ABŞ hökuməti Beynəlxalq Dəniz Təşkilatında (IMO) müzakirə olunan və gəmiçilikdə karbon emissiyalarına görə rüsum tətbiq edilməsini nəzərdə tutan plana qarşı çıxıb.

"Seanews.az" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, ABŞ rəsmiləri bu təşəbbüsün qlobal ticarətə mənfi təsir edəcəyini, xüsusilə də ərzaq və enerji məhsullarının daşınmasında qiymət artımına səbəb olacağını bildiriblər.

Vaşinqton nümayəndələrinin fikrincə, belə bir rüsum dünya üzrə inflyasiya səviyyəsini yüksəldə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına daha çox zərbə vura bilər.

Bununla belə, onlar təklif edirlər ki, belə tədbirlər əvəzinə, karbon emissiyalarının azaldılması üçün daha balanslaşdırılmış və iqtisadi cəhətdən az zərərli yanaşmalar axtarılmalıdır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır