Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-14,
Seanews
Heyder Eliyev

“Colombo West” terminalının tikintisinə 800 milyon dollar xərclənib

Şri-Lankanın Kolombo limanındakı “Colombo West” (“CWIT”) Beynəlxalq Konteyner Terminalında əməliyyatlar başlayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə terminal operatoru “Adani Ports & Special Economic Zone” (“APSEZ”, “Adani Group”-a daxildir) məlumat yayıb. Hazırda obyektin istismarı üçün bütün zəruri infrastrukturun quraşdırılması başa çatdırılır.

“CWIT” terminalında tikinti işlərinə 2022-ci ilin əvvəlində başlanmışdı. Tikinti layihəsi Hindistanın ən böyük inteqrasiya olunmuş liman və logistika şirkəti “APSEZ”, “John Keells Holdings Group” (Şri Lanka) və Şri Lanka Limanlar İdarəsindən (SLPA) ibarət konsorsium tərəfindən dövlət-özəl tərəfdaşlıq çərçivəsində reallaşdırılıb. Layihə 35 il müddətinə bağlanmış “inşa-istismar-təhvil” konsessiya müqaviləsi əsasında həyata keçirilir.

“Colombo West” (“CWIT”) terminalının tikintisi üçün investisiya həcmi 800 milyon dollar təşkil edib. Layihə ümumi uzunluğu 1,4 km və dərinliyi 20 metrə qədər olan körpü divarının tikintisini nəzərdə tuturdu ki, bu da terminala ildə təqribən 3,2 milyon TEU aşırmağa imkan verəcək. “CWIT” terminalı Kolombodakı ilk tam avtomatlaşdırılmış dərin dəniz terminalıdır. Konteynerlərin aşırılmasının sürətləndirilməsi və gəmilərin geri qaytarılma müddətinin azaldılması Kolombo limanının Cənubi Asiyada əsas yükaşırma mərkəzinə çevrilməsinə imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır