Yeni Emissiyaya Nəzarət Zonası yaradılacaq
Beynəlxalq Dəniz Təşkilatının Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsi bu həftə ən böyük emissiyaya nəzarət zonasının (emission control area – ECA) tətbiqinə razılıq verib.
“Seanews.az” “Splash24/7”-yə istinadən xəbər verir ki, yeni Şimali Atlantika Nəzarət Zonası 2027-ci ilin sonuna kimi yaradılacaq. O, Portuqaliyadan Qrenlandiyaya qədər sahil xətti boyunca Şimal dənizi, Baltik və Aralıq dənizində artıq yaradılmış zonalara bitişik uzanır.
Xəritədə yeni zona diaqonal zolaqlarla ağ rənglə qeyd olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır