ABŞ və Çinin ticarət müharibəsi Avropa limanlarında sıxlığa səbəb olub
ABŞ və Çin arasında davam edən ticarət müharibəsi Avropanın əsas limanlarında ciddi ləngimələrə səbəb olub.
“Seanews.az” xəbər verir ki, tərəflərin bir-birinə tətbiq etdiyi tariflərdən sonra yüklər Avropa limanlarına yönləndirilib. Bu da limanlarda ciddi sıxlıq yaradıb.
“MarineTraffic”-in məlumatına görə, Antverpen limanında bir həftə ərzində 226 gəmi qeydiyyata alınıb. Bu rəqəm əvvəlki ilin eyni dövründə 34 olub. Eyni vəziyyət Rotterdam və Hamburq kimi limanlarda da müşahidə olunur.
Gərginlik artdıqca, müəssisələr xəbərdarlıq edir ki, təsir gəmiçilik sektorundan kənara çıxa, tədarük zəncirlərini poza bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır