Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-19,
Seanews
Heyder Eliyev

Sinqapur boğazında gəmilərə pirat hücumları kəskin artıb

Dəniz quldurlarının gəmilərə hücumu ilə bağlı 2025-ci ilin ilk rübü ilə müqayisədə 35% çox, yəni 45 hadisə qeydə alınıb. 

"Seanews.az" Beynəlxalq Dəniz Bürosunun (IMB) hesabatına istinadən xəbər verir ki, bu nəzərəçarpacaq artım Sinqapur boğazında baş verən dəniz quldurluğu faktları ilə əlaqədardır. Belə ki, sözügedən dövrdə Sinqapur boğazında pirat hücumu ilə bağlı 27 hadisə qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə çoxdur. 

Hesabatda bildirilib ki, hadisələr nəticəsində 37 dənizçi girov götürülüb, 13 nəfər oğurlanıb, 2 nəfər təhdid edilib, 1 nəfər yaralanıb.

Bu ilin yanvar-martında Qvineya körfəzində iki pirat hücumu olub, 13 heyət üzvü oğurlanıb. Somali sahillərində isə fevral-mart aylarında üç gəmi qaçırılıb, 26 dənizçi girov götürülüb.

Məlumata görə, bütün girovlar və gəmilər sonradan azad edilib.​


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır