Kasablankada böyük gəmiqayırma zavodunun operatorunu seçmək üçün tender keçirilir
Ölkənin limanlarını idarə edən Mərakeş Dövlət Limanlar Agentliyi (ANP) Yeni Kasablanka limanında dəyəri 300 milyon ABŞ dolları olan gəmiqayırma zavodu üçün ixtisaslaşmış operatorun seçilməsi məqsədilə açıq tender elan edib.
“Seanews.az” xəbər verir ki, zavodun infrastrukturuna 244 m x 40 m ölçüdə quru dok; 150 m x 28 m ölçüdə və 9 min ton yük qaldıra bilən platforma; 450 ton tutumlu portal kranı olan 62 m x 13 m ölçüdə dok; gəmilərin
tikintisinin başa çatdırılması üçün ümumi uzunluğu 820 metr olan yanalma körpüləri daxildir. Gəmiqayırma kompleksi 21 hektar ərazini də əhatə edir.
Tenderdə həm Mərakeş, həm də xarici şirkətləri iştirak edə biləcək. İddiaçının ən azı 10 illik təcrübə olmalıdır. Tenderin qalibinə zavod 30 il müddətinə veriləcək.
Gəmiqayırma zavodunun tikintisinə 2015-ci ildə başlanılıb və 2019-cu ildə tamamlanıb.