ABŞ buzqıranların 36 aya hazır olmasını istəyir
ABŞ Sahil Mühafizəsi milli və beynəlxalq gəmiqayırma şirkətlərinə orta ölçülü buzqıran gəmilərin inşası imkanlarını qiymətləndirmək üçün sorğu göndərib.
“Seanews.az” “Breaking Defence” nəşrinə istinadən xəbər verir ki, müqavilə imzalandıqdan sonra gəmilər 36 ay ərzində suya buraxılmalıdır.
Əsas tələblərə görə gəmilərin uzunluğu 360 fut (təxminən 110 metr), eni 78 fut (24 metr), suya oturumu 23 fut (7 metr), sürəti 12 dəniz mili, 3 fut (0,9 metr) buzdan rahat keçmək qabiliyyəti olmalıdır. Birdəfəlik 6500 dəniz mili (12 min km) üzmə, 60 günlük avtonomluq, helikopter anqarının mövcudluğu da əsas tələblərdəndir.
Təkliflər bu il aprelin 25-dək qəbul ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır