Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

“ICTSI” 2025-ci ilin yanvar-martında liman əməliyyatlarından 745,42 milyon dollar gəlir əldə edib

Filippinin terminal operatoru ”International Container Terminal Services” (“ICTSI”)  2025-ci ilin yanvar-mart aylarında liman əməliyyatlarından 745,42 milyon dollar gəlir əldə edib. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 17% artım deməkdir.

Faizlər, vergilər, amortizasiya xərclərindən əvvəlki gəlir (EBITDA) 18% artaraq 489,59 milyon dollara, şirkətin xalis mənfəəti isə 14% artaraq 239,54 milyon dollara çatıb.

“Seanews.az” xəbər verir ki, bu rəqəmlər “ICTSI”-nin 2025-ci ilin birinci ili rübü üçün maliyyə hesabatında əks olunub.

2025-ci ilin yanvar-mart aylarında “ICTSI” terminallarının ümumi konteyner ötürmə qabiliyyəti 3 471 913 TEU təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur.

Qeyd edək ki, ”International Container Terminal Services” (“ICTSI”)  şirkətlər qrupu 1988-ci ildə Manilada (Filippin) yaradılıb. Şirkət beynəlxalq limanların idarə edilməsi, inkişafı və istismarı ilə məşğul olan müstəqil konteyner terminalı operatorudur. “ICTSI” 6 qitənin 20 ölkəsində 33 konteyner terminalını idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır