Şanxay limanının yük dövriyyəsi 2025-ci ilin dörd ayında artıb
2025-ci ilin yanvar-aprel aylarında Çinin Şanxay limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 19,2 milyon tonu ötüb. Limanın konteyner dövriyyəsi 17,71 milyon TEU (+6,4%) təşkil edib.
“Seanews.az" xəbər verir ki, 2024-cü ilin sonuna Şanxay limanı dünyada 50 milyon TEU həddi keçən ilk liman olub. Ümumilikdə, ötən il limanın yük dövriyyəsi 2023-cü illə müqayisədə 3% artaraq 580,5 milyon tona, konteyner dövriyyəsi isə 4,9% artaraq 51,5 milyon TEU-ya çatıb.
Qeyd edək ki, Şanxay limanı Çinin dərin su limanıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır