Grande America” adlı Ro-Ro gəmisində yanğın baş v
İtaliyanın “Grimaldi Lines” şirkətinə məxsus “Grande America” adlı Ro-Ro gəmisində yanğın olub. Belə ki, konteynerlərin birindən başlayan yanğın qısa müddətdə bütün gəmini əhatə edib. “Seanews.az” xəbər verir ki, hadisə Fransadan 140 dəniz mili cənub-qərbdə, Biscay körfəzində baş verib. Yanğın zamanı gəmidə 26 heyət və 1 nəfər sərnişin olub. Kapitanın təxliyyə əmrinə əsasən onlar xilasetmə qayığına minərək ərazidən uzaqlaşıblar. Hər birinin sağlıq durumlarının yaxşı olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır